İspaniya Ukraynaya 437 milyon avroluq yeni müdafiə yardımı paketi təqdim edəcək, Almaniya isə ölkənin enerji dayanıqlığını gücləndirmək üçün qışa dəstək paketi hazırlayacaq.
Şimali Kiprin Girne sahillərində gəmi qəzası ilə bağlı başladılan istintaqda üçü Azərbaycan vətəndaşı olmaqla, doqquz nəfərin həbs müddəti 7 gün uzadılıb.
ABŞ-də noyabrın 9-da İrana zərbələr endirmək üçün potensial əlverişli şəraitin olduğunu bildiriblər.
ABŞ Dövlət katibi Marko Rubio vitse-prezident Cey Di Vens 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürmək qərarına gələcəyi təqdirdə, onu dəstəkləməyə hazır olduğunu ifadə edib.
İran özünün nüvə proqramı ilə əlaqədar Qətər vasitəsilə Birləşmiş Ştatlara yeni təklif göndərib.
Türkiyənin Antalya şəhərində noyabrın 9-da COP31-ə (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı) rəsmi start verilir.
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişənin həlli ilə bağlı tezliklə genişmiqyaslı razılaşmanın əldə olunacağını gözlədiyini deyib. Onun sözlərinə görə, bu sənəd yalnız ikitərəfli məsələlərlə məhdudlaşmayaraq bütün Avropaya təsir göstərə bilər.