İranda bəy gəlinə “Shahed” dronu cehiz verdi - VİDEO
25.05.2026

İranda dövlət televiziyasında yayımlanan bir verilişdə İslam Respublikasının tərəfdarı olan cütlük gəlin cehizi ilə bağlı qeyri-adi açıqlama verib.

Veriliş zamanı bəy, gəlinə cehiz olaraq İran istehsalı “Shahed” dronunun təqdim edildiyini bildirib. O, dronun “İsrailin mərkəzinə dəyəcəyini ümid etdiyini” deyib.

Hadisə son həftələrdə İran mediasında və rəsmi tədbirlərdə hərbi simvolların və dronların daha çox təbliğat elementinə çevrilməsi fonunda diqqət çəkib.

visiontv.az