“Oskar” mükafatına namizəd Cəfər Pənahi İranda yenidən hakim qarşısına çıxacaq
25.05.2026

Məlumata görə, rejissor “dövlət quruluşuna qarşı təbliğat aparmaq” ittihamı ilə mühakimə olunur. İran məhkəməsi daha öncə onun barəsində 1 il həbs və 2 il kino fəaliyyəti qadağası hökmünə yenidən baxılmasını qərara alıb. İşin hansı əsaslarla yenidən araşdırılacağı açıqlanmayıb. Dinləmənin mayın 20-də keçiriləcəyi bildirilir.

Qeyd olunur ki, əvvəlki hökm çıxarılan vaxt Pənahi ölkədən kənarda olub və Kann Film Festivalında “Qızıl Palma budağı” mükafatı qazanan, habelə, “Oskar”a namizəd göstərilən “Sadə bir təsadüf” filmini təqdim edib. Daha sonra o, İrana qayıdıb.

Cəfər Pənahi 2022–2023-cü illərdə də Tehranda 86 gün həbsdə saxlanılmışdı.

visiontv.az