Tehranda Xameneyinin xatirəsinə heykəl ucaldılacaq
25.05.2026

İranın dövlət televiziyasında yayımlanan “Sabahınız xeyir” proqramında Tehranın İnqilab Meydanı üçün yeni simvol kimi ölkənin mərhum ali lideri Əli Xameneyinin “yumruğunu sıxmış” formada təsvir olunan heykəlinin maketi təqdim edilib.

Veriliş zamanı heykəl tamaşaçılara nümayiş etdirilib və aparıcı bildirib ki, abidə yaxın zamanda İnqilab Meydanında yerləşdiriləcək.

Məlumata görə, heykəlin hündürlüyü 15 metr olacaq.

visiontv.az