500-ə yaxın dərman preparatlarını ölkəyə qanunsuz yolla keçirmək istədilər
25.05.2026

Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan sərhəddən keçirilməsinə cəhd göstərilən dərman preparatları aşkar edilib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, idarənin "Qırmızı Körpü" gömrük postunda ölkə ərazisinə qarışıq yük gətirən nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və avtomobilin kabin hissəsində şübhəli cizgilər müəyyən olunub.

Gömrük yoxlaması zamanı orada gömrük orqanına bəyan edilməyən 6 adda 496 ədəd dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

visiontv.az