İran Səhiyyə Nazirliyi Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama yayıb
25.05.2026

İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei üz, baş və ayaq nahiyələrindən yüngül xəsarətlər alıb.

Bu  barədə  İran  Səhiyyə  Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin rəhbəri Hüseyn Kərmanpur bildirib.

Kərmanpurun sözlərinə görə, ilkin təsəvvür belə olub ki, bu cür bombardmandan çıxan birinin bədənində ciddi xəsarətlər olmalıdır, lakin üz, baş və ayaqlardakı səthi zədələr istisna olmaqla, başqa heç bir ciddi hal qeydə alınmayıb və yalnız bir-iki tikişin qoyulmasına ehtiyac olub.

Kərmanpur əlavə edib ki, İranın  Ali  Rəhbəri mart ayının əvvəlində xəstəxanadan buraxılıb.

O, əlavə edib ki, “İranın  Ali  Rəhbəri həkimlərin israrına baxmayaraq, orucunu açmayıb, bu isə onun sağlam vəziyyətdə olduğuna işarə kimi qiymətləndirilib”.

visiontv.az