Qiorqi Kandelakinin “araşdırmasına” əsaslanan Amerika nəşri Gürcüstanı terror əməliyyatlarının mərkəzi adlandırır və yazır ki, Tiflis iranlıların cəlb olunması və terror əməliyyatları üçün əlverişli məkana çevrilib”
Amerikanın The Washington Free Beacon nəşri “Gürcü Arzusu”nun rəhbərliyi altında Tiflisin İran tərəfindən həyata keçirilən terror əməliyyatları və şəxslərin cəlb olunması üçün əlverişli məkana çevrildiyi barədə məqalə yayımlayıb.
Məqalənin müəllifi Adam Kredo yazıda müxalifət tərəfdarları olan Co Uilson və Luke Coffey ilə yanaşı, müxalif siyasətçi Qiorqi Kandelakinin açıqlamalarına da istinad edib.
Qiorqi Kandelaki bildirib ki, Əl-Mustafa Universitetinin Gürcüstanda üç kampusu fəaliyyət göstərir. Onun sözlərinə görə, həmin təşkilat 2020-ci ildə ABŞ Prezidenti Donald Tramp tərəfindən terror təşkilatı elan olunub.
“Al-Mustafa Universitetinin Gürcüstanda üç kampusu var və bildiyiniz kimi, bu, İranda illik büdcəsi 100 milyon dollar olan ciddi təşkilatdır. Ən azı bir halda Əl-Mustafanın nümayəndəsi Meksikada İsrail səfirinin öldürülməsi planında ifşa olunub”, – deyə Kandelaki bildirib.
Müxalif siyasətçi nəşrə açıqlamasında həmçinin qeyd edib ki, Al-Mustafanın filiallarından “ABŞ-a qarşı əməliyyatlar və şəxslərin cəlb olunması üçün istifadə edilməsi ilə bağlı təsdiqlənmiş hallar” mövcuddur.
Məqalədə qeyd olunur ki, bu, Qiorqi Kandelakinin Gürcüstanla bağlı ilk belə açıqlaması deyil.
Bildirilir ki, hələ mart ayında Hudson Institute tərəfindən yayımlanan və Luke Coffey ilə birgə hazırlanan araşdırmada da Kandelaki Gürcüstanda İran təsirinin artdığı barədə iddialar səsləndirmişdi.
visiontv.az