İran Prezident Aparatının sifarişi ilə İran Tələbə Rəy Sorğusu Mərkəzinin (ISPA) tərəfindən keçirilən son rəy sorğusunun nəticələri göstərir ki, insanların ölkənin vəziyyətindən narazılıq səviyyəsi "təxminən 92 faizə" çatıb.
Prezident Aparatının İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri və sosial məsləhətçi Məhəmməd Cavad Cavadi Yeganə İnstaqram paylaşımında sorğunun bəzi təfərrüatlarını dərc edib.
Onun sözlərinə görə, sorğunun əsas nəticələrindən biri insanların əksəriyyətinin əyalət rəsmilərinin və parlament üzvlərinin fəaliyyətini "zəif" kimi qiymətləndirməsidir.
Sorğu Məsud Pezzekianın ölkənin 16 əyalətinə səfəri ərəfəsində insanların yerli rəsmilərdən məmnunluğunu və tələblərini necə yerinə yetirdiklərini ölçmək üçün aparılıb.
visiontv.az