“Müctəba Xamenei atasının yolunu davam etdirə bilər”
10.03.2026

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Müctəba Xameneinin liderlik üçün hazır olduğunu və atasının yolunu davam etdirəcəyini bildirib.

Bununla bağlı, Laricani özünün “X” hesabında paylaşım edib.

“Müctəba, Əli Xameneinin məktəbində tərbiyə alıb. İnşallah, onun varlığı xeyir və bərəkət gətirər”, - deyə, Laricani vurğulayıb.

Onun sözlərinə görə, Müctəba Xamenei atasının təlimlərinə uyğun olaraq ölkəyə rəhbərlik edə biləcək. “Ümid edirik ki, Müctəba Xameneinin rəhbərliyi altında İran öz inkişaf yolunu davam etdirəcək”, - deyə, Laricani qeyd edib.

visiontv.az