İsrail ordusu Livanda Hizbullah hədəflərini vurub
10.03.2026

İsrail ordusu Livanda Hizbullah hədəflərini vurub.

Visiontv.az  APA -ya istinadən xəbər verir ki, bu barədə İsrail  Müdafiə  Qüvvələri (IDF) məlumat yayıb.

İsrail Müdafiə Qüvvələri bildirib ki, ötən gecə ərzində Livanın  Ansar şəhərində Hizbullahın komanda mərkəzləri və digər infrastruktur obyektlərinə zərbə endirilib.

Məlumatda zərbə endirlilən yerlərdən İsrailə raketlər atıldığı bilidirilib.

Raket buraxılan ərazilər yaşayış binalarının yaxınlığında olduğu üçün  IDF əvvəlcədən şəhər sakinlərinə evakuasiya barədə xəbərdarlıq edib.