Günəşdə son iki həftədə ən güclü partlayış baş verib
10.03.2026

Martın 10-da gecəyarısı Günəşdə son iki həftədə ən güclü partlayış baş verib, buna baxmayaraq, kosmik havanın ümumi fonunda əhəmiyyətli dəyişikliklər müşahidə olunmayıb.

Bu  barədə  Rusiya  Elmlər  Akademiyasının  Kosmik  Tədqiqatlar  İnstitutunun  "Telegram" kanalında məlumat verilib.

Qeyd olunub ki, hadisə  Günəşin sol tərəfində lokallaşıb. Buna görə də belə yerləşmə halında geomaqnit nəticələri olmayacaq.

Rusiyalı astronomlar vurğulayıblar ki, martın 10-da geomaqnit dalğalanmalarının başvermə ehtimalı çox deyil.  Və belə kosmik sakitlik martın 14-nə qədər davam edəcək. Bundan sonra elə indi formalaşma prosesi gedən yeni koronal dəlik  Yerə öz təsirini göstərəcək.

visiontv.az