İranda baş verən son hadisələr göstərir ki, ölkənin real siyasi modeli artıq aydındır: mollalar və generallar ittifaqı.
Bir tərəfdə dini elita, digər tərəfdə isə SEPAH generalları dayanır. Bu iki qüvvə illərdir bir-birini qoruyan və hakimiyyəti birlikdə idarə edən sistem qurub.
Müctəba Xameneinin ali lider postuna gətirilməsi də məhz bu ittifaqın qərarıdır.
Bu seçim sadəcə varislik məsələsi deyil. Bu qərarla İran hakimiyyəti əslində strateji seçim etdi.
Mollalar və generallar əl-ələ verib Qərblə barışığa yox, daha şiddətli müharibəyə səs verdilər.
İndi isə əsas sual budur: bu qərar rejimi qoruyacaq, yoxsa onun sonunu daha da yaxınlaşdıracaq?
Elbəyi Həsənli
visiontv.az