Sabah 11 dərəcə isti olacaq
06.03.2026

Azərbaycanda martın 7-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

 Bu barədə Milli Hidrometeorologiya  Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və  Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85% təşkil edəcək.

Azərbaycanın qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

visiontv.az