Küveytdə iki neft emalı zavoduna dron hücumu olub, nəticədə yanğın başlayıb.
Bu barədə Küveyt Neft Korporasiyası məlumat yayıb.
Dronlardan birinin Mina Əl-Əhmədi zavoduna dəydiyi bildirilib, yaralanan yoxdur.
Qeyd edək ki, adı çəkilən zavod bölgənin ən böyüklərindəndir və gündə 730,000 barel nef emal edir.
İkinci dron hücumu isə Mina Abdullah zavoduna olub.
visiontv.az