SEPAH-ın “saxta rezervasiya” planı nəticə verməd
19.03.2026

İsrailli süni intellekt tədqiqatçısı və investor Eli David “X” hesabında paylaşım edərək Livanda baş verən hadisə ilə bağlı diqqətçəkən məlumatlar açıqlayıb.

Onun sözlərinə görə, SEPAH-ın dörd komandanı gizlənmək məqsədilə bir hoteldə saxta adlarla 15 otaq rezervasiya edib. Ancaq onlar yalnız bir otaqdan istifadə edib və təhlükəsizlik kameralarını da söndürüb.

Eli David bildirilib ki, bütün bu tədbirlərə baxmayaraq, onların dəqiq yerləşdiyi otaq müəyyən edilib və idarə olunan raket məhz həmin nöqtəyə zərbə endirib.

Paylaşımda qeyd olunur ki, hücum nəticəsində hotelin yalnız bir hissəsi dağılıb, binanın digər hissələri isə ciddi zərər görməyib. Eyni zamanda, o, hoteldə olan digər insanların zərər çəkmədiyini vurğulayıb.

visiontv.az