Bu gün Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə qüvvələri İranın 7 ballistik raket və 15 dronu vuraraq qarşısını alıb.
Bu barədə BƏƏ-nin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 28-dən etibarən ölkə 334 ballistik raket, 15 qanadlı raket və 1714 dron hücumuna məruz qalıb.
Məlumatda qeyd olunur ki, müharibə boyunca gündəlik hücumların sayı tədricən azalmaqdadır.
visiontv.az