"Al-Hadath" qəzeti Müctəba Xameneyinin İranın üçüncü ali lideri seçilməsinin təfərrüatlarını açıqlayıb və bildirib ki, bu, "sadə və rahat bir prosesdən uzaq" keçib.
Mənbələrə görə, o, mümkün 88 səsdən yalnız 59-nu alıb və bu da radikal və mötədil fraksiyalar arasında qızğın müzakirələrə səbəb olub.
Qeyd olunur ki, İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və mötədil siyasətçilər onun təyinatına qarşı çıxıblar və "ölkənin xalqı birləşdirə biləcək bir liderə ehtiyacı olduğunu" iddia ediblər.
Lakin Müctəba SEPAH-ın və Əhməd Vəhidi və Hüseyn Taib də daxil olmaqla əsas hərbi liderlərin dəstəyini alıb ki, bu da ona mötədillərin maneçiliklərini dəf etməyə imkan verib.
visiontv.az