İdxal olunan əkin-səpin materiallarına nəzarət tədbirləri çərçivəsində bəzi şaftalı, nektarin, gilas tingindən nümunələr götürülərək müayinələrə cəlb olunub.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, bunlar “Agro Plant” MMC, “Agroma” MMC, “Amogrovv” MMC və fiziki şəxs Eldarov Nahid Xanlar oğlunun Türkiyədən idxal etdiyi olub.
"Sınaq nəticəsində tinglərdə karantin tətbiq edilən Şarka virusu aşkarlanıb.
Faktla əlaqədar məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. Sahibkarların müraciəti əsasında 15100 ədəd şaftalı, 3600 ədəd nektarin, 300 ədəd gilas tingi məhv edilib", - məlumatda vurğulanıb.
Qeyd edilib ki, Şarka virusu bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.
visiontv.az