Sepah üzvləri Əfqanıstan sərhədindən qaçırlar
04.03.2026

Sosial şəbəkələrdə yayılan və iddialara görə bazar ertəsi Əfqanıstanla rəsmi sərhəd-keçid məntəqələrinin birində lentə alınan video geniş müzakirələrə səbəb olub.

Görüntülərdə tibbi ağ və qara maskalar taxmış, əllərində İran pasportları olan kişilərin nizamlı şəkildə sərhədi keçdiyi əks olunur. Kadrların gündüz saatlarında çəkildiyi və sırada olan şəxslərin hamısının kişi olduğu görünür.

Videoda bəzi şəxslərin üzlərinin yeni qırxıldığı ehtimal edilir. Maskaların kənarlarından görünən hissələrdə saqqal izlərinin olmadığı diqqət çəkir. Sosial şəbəkə istifadəçilərinin bir qismi bu şəxslərin İran İnqilab Keşikçiləri Korpusunun üzvləri olduğunu və ölkədən çıxdıqlarını iddia edir.

Bəzi Əfqanıstan rəsmilərinə istinadən yayılan məlumatlarda bildirilir ki, sərhədi keçən şəxslər bir gün əvvəl saqqallarını qırxıblar. İddialara görə, onlar əvvəlcə hərbi forma geyiniblər, lakin sonradan mülki geyimdə sərhədi tərk ediblər.

Hazırda yayılan görüntülərlə bağlı rəsmi Tehran tərəfindən hər hansı açıqlama verilməyib. Videonun həqiqiliyi və görüntülərdəki şəxslərin kimliyi müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

visiontv.az