Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın Nətənz yeraltı nüvə obyektinin giriş hissəsinə zərbə endirildiyini təsdiqləyib.
Agentliyin açıqlamasına görə, mövcud olan ən son peyk görüntüləri Nətənzdəki obyektin giriş binalarına müəyyən ziyan dəydiyini göstərir. Bununla belə, qurum bildirib ki, yeraltı zənginləşdirmə obyektinin özündə radioloji nəticələr gözlənilmir və əlavə təsir qeydə alınmayıb.
AEBA məsələ ilə bağlı “X” hesabında paylaşım edərək vurğulayıb ki, 12 günlük zamanı ciddi zədələnmiş Nətənz nüvə obyektinin daxilində radiasiya riski müşahidə olunmayıb.
Bundan əvvəl İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami Nətənz nüvə obyektinin iki raket hücumuna məruz qaldığını açıqlamışdı.
visiontv.az