SEPAH: BƏƏ, İordaniya və Qətərdə ABŞ-a məxsus radar sistemləri məhv edilib
06.03.2026

İran ABŞ-a məxsus radar sistemlərini məhv edib.

Visiontv.az  APA -ya istinadən  xəbər verir ki, bu barədə  SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, SEPAH-ın raket və PUA  bölmələri regiondakı  THAAD və “Səhranın gözü” radarlarını məhv edib.

“BƏƏ  və İordaniyada yerləşdirilmiş  ABŞ-a məxsus THAAD radarları, həmçinin Qətərdə yerləşən  ABŞ-ın FPS-132 uzaqmənzilli (over-the-horizon) radarı — “Səhranın gözü” adlandırılan sistem İslam İnqilabı  Keşikçiləri  Korpusunun raket və PUA  bölmələri tərəfindən məhv edilib”, - məlumatda qeyd olunub.

visiontv.az