Azərbaycan və Belarus XİN rəhbərlərinin telefon danışığı olub
06.03.2026

6 mart tarixində Belarusun xarici işlər naziri Maksim Rıjenkov Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

XİN-dən  verilən xəbərə görə, telefon danışığı zamanı nazirlər regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar. Hərbi eskalasiya ilə bağlı narahatlıq ifadə olunaraq, gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyi vurğulanıb.

Nazir  Ceyhun Bayramov  Belarus həmkarını 5 mart tarixində İran İslam Respublikası tərəfindən  Azərbaycan Respublikasının  Naxçıvan  Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumları barədə məlumatlandırıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

visiontv.az