"Naxçıvan Muxtar Respublikasının ərazisinə pilotsuz uçuş aparatları ilə hücumlardan sonra İsveç səfirliyi Azərbaycanla və zərərçəkənlərlə tam həmrəyliyini ifadə edir".
Visiontv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə səfirliyin məlumatında bildirilib.
"Biz bu hücumları və Azərbaycanın təhlükəsizliyini təhdid edən hər hansı addımı qətiyyətlə pisləyirik. Vəziyyəti və gələcək hadisələri diqqətlə izləməyə davam edəcəyik", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, martın 5-də İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumu olub. Texniki vasitələrlə təsbit edilib ki, İran Silahlı Qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib. Onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, ikisi Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasını, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsini hədəfə alıb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.
visiontv.az