Rusiyanın Ukraynada uğursuzluqlarını kompensasiya etmək və yeni geosiyasi konsepsiya formalaşdırmaq məqsədilə Estoniyanın rusdilli Narva şəhərinə qarşı mümkün təxribat və ya hərbi addım ehtimalı istisna edilmir. Moskva artan beynəlxalq geosiyasi gərginlik və Qərb alyansında mümkün fikir ayrılıqları fonunda belə bir ssenari mümkün ola bilər.
Son günlər Rusiya Latviya, Litva və Estoniyaya qarşı hibrid hücumlarını genişləndirir. Eyni zamanda, bu ölkələrin hava məkanında kəşfiyyat dronlarının mütəmadi uçuşları müşahidə olunur. NATO-nun isə bu addımlara qarşı hələlik sərt və prinsipial reaksiya vermədiyi görünür.
Qeyd edim ki, Rusiyanın Estoniyaya mümkün hücumu Almaniya ilə birbaşa toqquşma riskini artırır. Bundesver getdikcə güclənir və Rusiyadan gələn təhlükələri daha real qiymətləndirir.
Almaniya Baltikyanı ölkələrin müdafiəsi istiqamətində hərbi planlarını genişləndirir. Regionda Rusiya ilə qarşıdurma riskləri və təhlükəsizlik təhdidləri artmaqda davam edir.
Siyasi analitik Məhəmməd Əsədullazadə
visiontv.az