Daha bir siyasi məhbus edama məhkum edildi
25.05.2026

Əhvaz şəhərinin Şeyban həbsxanasında saxlanılan ərəb siyasi fəal Ruhullah Korki edama məhkum edilib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

O, "məxfi sənədləri ifşa etmək və yaymaq", "Xalq Mücahidləri Təşkilatı ilə əməkdaşlıq etmək", "İsrailin lehinə casusluq etmək və hərbi və təhlükəsizlik məlumatları mübadiləsi aparmaq", "müqəddəs yerləri və hakimiyyəti təhqir etmək" və "milli təhlükəsizliyə qarşı hərəkət etmək"də günahlandırılıb.

Ruhullah korki 2 oktyabr 2025-ci ildə həbs edilib.

visiontv.az