Rəsmi Tehran İranın yeni Ali Rəhbəri Müctəba Xamenenin yaralandığını təsdiqləyib
12.03.2026

İran Xarici İşlər Nazirliyi (XİN) yeni Ali Rəhbər Ayətullah Müctəba Xameneinin yaralandığını təsdiqləyib.

Bu barədə  XİN  sözçüsü  İsmayıl  Bəqayi  “Corriere della Sera”ya açıqlamasında bildirib.

“O (Müctəba Xamenei) xəsarət alıb, amma səhhəti yaxşıdır”, - Bəqayi qeyd edib.

XİN  rəsmisi  Müctəba  Xameneinin ilk çıxışını nə vaxt edəcəyini bilmədiyini vurğulayıb.

Onun sözlərinə görə, Ali  Rəhbər postuna üç-dörd namizəd olub, amma Ekspertlər Məclisinin əksəriyyəti  Müctəba Xameneini seçib.

visiontv.az