Paşinyan Avropa Parlamentindəki çıxışı barədə: Gürcüstan tərəfdən xahiş olmayıb
12.03.2026

Gürcüstan tərəfdən xahiş və ya çağırış olmayıb, lakin digər tərəfdən bizim üzərində çalışdığımız ortaq gündəliyimiz var.

Bunu Ermənistanın Baş naziri  Nikol Paşinyan Avropa Parlamentindəki çıxışında  Avropa İttifaqı-Gürcüstan münasibətlərindən niyə bəhs etdiyinə aydınlıq gətirərkən deyib.

O, Avropa Parlamentinin tribunasından narahatlığını ifadə etdiyini vurğulayıb.

"Çünki biz  Avropa İttifaqı və Gürcüstan arasındakı vəziyyətdən həqiqətən də narahatıq", - Paşinyan əlavə edib.

Qeyd edək ki, Paşinyan  Avropa Parlamentində çıxışı zamanı deyib ki, Ermənistanın  Aİ-yə inteqrasiyasına ən böyük maneələrdən biri qurumla Gürcüstan arasında siyasi dialoqun dondurulmasıdır. O, Aİ və Gürcüstan arasında konstruktiv prosesin inkişaf etdirilməsini xahiş edib.

visiontv.az