Bu, 2022-ci ilim ortasından bəri ən yüksək səviyyədir. Səbəb isə ABŞ-İsrail-İran müharibəsinin genişlənməsi fonunda böyük istehsalçılardan bəzilərinin hasilatı azaltması, daşınmalarda pozuntuların uzanmasıdır.
"Brent" neftinin bareli 24.96 dollar, yaxud 27 faiz qalxaraq 117.65 dollara yüksəlib. "Qərbi Texas" neftində artım 25.72 dollar, yaxud 28.3 faiz olub - 116.62 dollara çatıb.
Bazar ertəsi daha öncəski sessiyalarda "Qərbi Texas" neftinin bareli 119.48 dollara, "Brent" neftininki isə 119.50 dollara qalxmışdı.
Neftin bahalanmasına təsir göstərən daha bir amil isə Müctəba Xameneinin İranın Ali lideri elan olunmasıdır. Bu, Tehranda sərt xətt tərəfdarlarının hakimiyyətdə qalmasının göstəricisidir. ABŞ-İsrail-İran müharibəsi isə artıq 10-cu gündür davam edir.
visiontv.az