İranda İslam İnqilabı Keşikçilər Korpusu(SEPAH) prezident M. Pezeşkiana xəbərdarlıq etməsi, ölkədə siyasi sistemin fiaskosudur. SEPAH prezident M. Pezeşkianın qonşulardan üzr istəməsini səhv bir açıqlama kimi qeyd edib. Bir növ prezidenti təhdid edilib.
Artıq İranda Ə. Xameneinin öldürülməsindən sonra dini hakimiyyət sona çatıb. Hazırda hakimiyyət SEPAH əlindədir. Demek olar ki, İranda hərbi xunta hakimiyyəti ələ keçirib. Xalq tərəfindən seçilən və legitim prezident qəbul edilmir. ABŞ və Avropa ölkələri SEPAH terror təşkilatı kimi tanıyır.
İranda ciddi hakimiyyət boşluğu yaranıb. Prezident və onun hökuməti qərar qəbuledici və idarəetmə funksiyalarıni yerinə yetirə bilmir. Halbuki, səlahiyyətlər prezidentdə verilsə, ABŞ -la dialoq mümkün ola bilər.
SEPAH təslim olması gözlənilmir. Yeni dini liderin belə idarəetməyə təsir mexanizmi olmayacaq.
Məhəmməd Əsədullazadə
visiontv.az