SEPAH özünün strukturunuz desentralizasiya edərək, aşağı rütbəli hərbçilərinə daha geniş səlahiyyətlər verib. Ekspertlər isə İranın mozaik hərbi strategiyaya keçməsi ordu bölmələrinin dayanıqlılığını artırsa da riskləri də artırır.
SEPAH-ın desentralizasiyası onun doktrinasın əsas elementlərdən sayılır və 2009-cu ildən etibarən buraya daxil edilib. İranın 31 vilayətində SEPAH-ın qərargahı eləcə də tabeçilik zənciri mövcuddur:
“Hər vilayət özlüyün mozaiki təsvir edir. Rəhbəri qərarları vermək səlahiyyətinə sahib olur. Ona görə də əgər sabah özlərinin Tehrandakı komandanlıqları ilə əlaqələri kəsilsə, onlar yenə də vahid hərbi güc kimi fəaliyyət göstərəcəklər” - deyə Vaşinqton İnstitutundan Fərzin Nədimi deyir.
Bununla belə hələ də aydın deyil ki, SEPAH-ın hərbi infrastrukturu, eləcə orta rütbəli komandirlərinə ABŞ və İsrail zərbələr vurduqdan sonra onun birliyini necə qoruyub saxlamaq mümkün olacaq.
London Beynəlxalq Strateji Araşdırmalar İnstitutundan Saşa Bruxman isə deyir ki, SEPAH raketlərinə və PUA-larına güvənir, amma bunlar bitdikdən sonra onların yerini necə dolduracaqları hələlik sual kimi qalır. Lakin ekspertlər SEPAH-ın indiki strategiyasının xaosa gətirib çıxara biləcəyini də istisna etmirlər.
“Mərkəzdən xəbərsiz hərəkət edən hərbi birlikləri çətin tapıb, məhv etmək olacaq. Lakin onlar daha az effektiv olacaqlar, çünki kritik kütlələrə çata bilməyəcəklər. Bəzi nizamlı və elit bölmələr qala bilər, daha təcrübəli olan bölmələr qarışıqlığın və nizamsızlığın qurbanı olacaqlar. ABŞ və İsrailin bu problemi SEPAH üçün dərinləşdirəcək psixoloji əməliyyat apardığını güman edirəm” - deyə “Soufan Center”dən Kolin Klark deyib.
visiontv.az