İsrail Qəzza zolağından ordusunu geri çəkəcək...
İsrail Qəzza zolağından ordusunu geri çəkəcək...
20.01.2025 Məhəmməd Əsədullazadə Tərəfindən

ABŞ, Misir və Qətərin vasitəçiliyi İsraillə HƏMAS arasında uzun müddət atəşkəs və girovların azad olunmasi istiqamətində razılaşma əldə edilmirdi. Məhz Türkiyənin Həmasa təsiri ilə atəşkəs və girovların azad olunması barədə razilaşma əldə edildi. 460 günə yaxın davam edən İsrailin Qəzzada Həması məhv etmək cəhdi baş tutmadı.

Demək olar ki, "Həmas" danışıqlarda tərəf kimi iştirak edərək İsrailllə ikitərəfli sənədə imza atmış oldu. Atəşkəs qüvvəyə mindikdən sonra İsrail ordusu Qəzza zolağını tərk edəcək. Həmasi terror təşkilatı kimi tanıyan ABŞ və İsrail onunla danışıqlar stoluna oturdu və qarşılıqlı şərtlərlə müqavilə bağlandı. Birmənalı şəkildə "Həmas" İsrail üzərində həlledici siyasi qələbə əldə etdi. Halbuki, Baş nazir B. Netanyahu axrinci Həması axrıncı militanına qədər məhv edəcəklərini qeyd etmişdi. Göründüyü kimi! İsrail Qəzzada Həmasi çıxara bilmədi. Nəticədə Qəzza zolağında 40 mindən artıq fələstinli öldürüldü.

Əldə olunan razılaşmada Qəzza zolağının bərpası və infrastruktur layihələrinin bərpası var. İsrail ordusu Qəzzada mülki əhalini öldürdü və yaşayış məntəqələrini darmadağın etdi. Amma, hərbi və siyasi məqsədlərinə çata bilmədi.

Həmasın silahlı "Əl Qəssam" Tuqayı mövcudluğunu qoruyub saxlayır. İsrail Fələstinin əsas hissəsi ilə Qəzza zolağını birləşdirən dəhlizi açmayacaqsa, Fələstin adminstrasiyası Qəzzaya nəzarət əldə etməsi mümkün olmayacaq. Nəticədə münaqişə dondurulmuş olacaq. İsrail Fələstin dövlətini tanıya və qarşı tərəfdə eyni addımı növbəti mərhələdə ata bilər.

Belə bir sazişin əldə edilməsi D. Tramp administrasiyasından asılı olacaq.

Məhəmməd Əsədullazadə

Milli Cəbhə Partiyası - MCP başqan müavini

visiontv.az