İrəvan TRİPP layihəsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir
İrəvan TRİPP layihəsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir
09.10.2026 Şöhrət El-Dəniz Tərəfindən

8 avqust 2025-ci ildə Vaşinqtonda paraflanmış sənəddən sonra TRIPP - Zəngəzur layihəsinə yaşıl işıq yandırıldığı qənaətinə gəldik. Bu layihənin həya keçməsi üçün o gündən bu günə Azərbaycan tərəfi öz üzərin düşün öhdəliklərin demək olar ki, əksəriyyətini həyata keçirib.

Bəs Ermənistan tərəfi imzaladığı sənədə sadiqdirmi və öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirirmi? Beləliklə sual verək Ermənistanın öhdəliyi nə idi və o indiyə qədər nə edib. Vaşinqton sənədində İrəvan 3 məsələnin həll olunmasına imza atıb.

Bir. Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz, fasiləsiz tranzitə icazə verəcək. Yolun təhlükəsizliyini isə özü təmin etməyəcək, beynəlxalq idarəetməyə verəcək. Bu işin icrasının isə ABŞ şirkəti həyata keçirəcək.. Ermənistan sərhədçisi, gömrükçüsü o yola müdaxilə etməyəcək. Tikintiyə isə sənəd imzalanandan 6 ay sonra başlamağa razı oldu. Yəni 2026-cı ilin əvvəlinə qədər texniki işlər başlamalı idi.

Bəs indi reallıq nədir? Konkret desəm heç biri icra olunmayıb. İrəvan isə indi deyir ki, yol olacaq, amma bu Ermənistanın suveren ərazisidir, hər yükü mən yoxlayacağam, hər maşına mənim gömrükçüm baxacaq. Bu isə TRIPP-in ruhuna tam ziddir.

İki. Gecikmənin obyektiv səbəbi. Ədalətli olsaq deyə bilərik ki, rəsmi İrəvanın əlində obyektiv bəhanə var. O da Konstitusiya və qanunlardır. Ermənistan Konstitusiyasına görə suveren ərazini başqa dövlətə və ya şirkətə icarəyə vermək olmaz. TRIPP isə 99 illik Amerika idarəetməsinə verilir. Paşinyan deyir ki, gərək referendum keçirim, qanunu dəyişim. Bu da vaxt aparır. Bu obyektiv çətinliklərdir. Amma həll olunmayan da deyil.

Üç. Qeyri-obyektiv səbəb. Gecikmənin digər bir səbəbi geopolitikadır. İrəvana 3 paytaxtdan təzyiq edilir. Birincisi İrandır. Tehran üçün TRIPP qırmızı xətdir. İran rəsmiləri iddia edir ki, dəhliz açılasa Tehranın Ermənistan üzərindən Qafqaza çıxışı bağlanacaq. İran bu gün Ermənistanı özünün forpostu kimi görür. Hər gün İrəvana deyir ki, Amerikanı bu regiona buraxma, sabah o yol NATO yolu olacaq". İkincisi. Rusiyadır. Moskva bu layihəni sakitcə sabotaj edir. 200 il Qafqazın açarı məndədir deyən Rusiya, indi görür ki, açar Trampın cibinə keçib. Rusiya istəyirdi ki, Zəngəzur yoluna öz sərhədçiləri nəzarət etsin. Amma indi bu işi ABŞ şirkəti görəcək. Ona görə Rusiya Ermənistandakı 5-ci kolonu, ordu içindəki generalları, keçmiş Qarabağ klanını işə salıb ki, layihəni ləngitsinlər. Və nəhyatə üçüncüsü Fransa və erməni lobbisi. Paris İrəvana deyir ki, sən ABŞ-yə yox, bizə güvən. Biz sənə silah veririk, sən tələsmə, Trampa güzəştə getmə. Məqsəd TRIPP layihəsini uzadıb, Azərbaycanı yenidən hərbi varianta təhrik etmək və sonra rəsmi Bakını "aqressor" kimi göstərməkdir. Nəticə olaraq deyim ki, İrəvan ikili həm də çox təhlükəli oyun oynamağa çalışır. Paşinyan hiyləgər taktika seçib. Vaşinqtonda "hə" deyir, amma vaxt da uzadır. Onun hesablaması budur ki, Tramp administrasiyası seçki ilə məşğul olacaq, diqqəti dağılacaq, layihə yaddan çıxacaq. Amma Paşinyan bir şeyi səhv hesablayır. Bu yol təkcə Azərbaycanın istəyi deyil. Bu yol Çin üçün Orta Dəhlizin açarıdır. ABŞ üçün Rusiyanı və İranı Qafqazdan çıxartmaqdır, Türkiyə üçün isə Türk dünyasına birbaşa çıxışıdır. Yəni bu yola qarşı çıxmaq təkcə Bakıya qarşı çıxmaq deyil, eyni anda Vaşinqton, Pekin və Ankaraya qarşı çıxmaqdır. Azərbaycanın mövqeyi isə aydındır və Prezident İlham Əliyev dedi ki, biz gözləyəcəyik, amma sonsuza qədər yox. Sitat: “Əgər sülhlə verməsələr, başqa variantlar da var. Biz onsuz da Naxçıvana İran üzərindən gedirik, amma TRIPP olmasa, sülh də olmayacaq". Sitatın sonu. TRIPP gecikir, amma bu gecikmə Ermənistanı xilas etmir, əksinə onu daha da sıxışdırır. Çünki hər keçən ay İrəvanın etibarlı tərəfdaş imici dağılır və dünya görür ki, sülhü pozan tərəf Bakı yox, İrəvandır.

Şöhrət El-Dəniz

visiontv.az