“Tramp aralıq seçkilər ərəfəsində İsrailin İrana hücum planına qarşı çıxıb”
23.10.2026

“Financial Times” qəzeti yazır ki, İsrail bu ayın əvvəlində İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyi planlaşdırıb, ancaq ABŞ prezidenti Donald Tramp noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində yeni hücum kampaniyasına qarşı çıxıb.

Məlumata görə, İsrail ordusu oktyabrın 10-da başlaması nəzərdə tutulan və bir neçə gün davam edəcək hava əməliyyatına hazırlaşırdı. Planlaşdırılan zərbələrin İranın elektrik stansiyalarını və nüvə obyektlərini hədəfə alacağı bildirilir.

Bununla belə, mənbələrdən biri yaxın həftələrdə ABŞ və İsrailin İrana qarşı birgə zərbələr endirməsi ehtimalını istisna etməyib. Mənbə mövcud vəziyyəti belə ifadə edib: “Ya razılaşma olacaq, ya da hücum”.

visiontv.az