Dekabrın 16-ı səhər saatlarından başlayaraq İranın 55 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıblar.
Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.
Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar.
Aclıq aksiyası 99-ci dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir.
Qeyd edək ki, cari ilin əvvəlindən bu günə kimi İran həbsxanalarında edam edilənlərin sayı 1500-ü keçib, onlardan 43-2 qadındır.
visiontv.az