Milli fəallar aclıq aksiyasını dayandırıb
16.12.2025

Tehranın Evin həbsxanasında saxlanılan milli fəal və siyasi məbuslar Vədud Əsədi, Tahir Nəqəvi və onlara dəstək üçün sonradan aksiyaya qoşulmuş Ayaz Seyfxah. Mahmud Ocaqlu aclıq aksiyasını dayandırıblar.

Bu haqda onların yaxınları məlumat yayıb.

Məlumata görə, aclıq aksiyasının dayandırılması yüzlərlə milli və insan haqları fəallarının siyasi məhbuslara aksiyanı dayandırmaq üçün müraciətlərindən sonra baş verib.

48 gündən sonra aclıq aksiyasını dayandıran məhbusların ailələri, onların vəziyyətlərinin ğır olduğunu və reabilitasiyaya ehtiyacları olduğunu bildiriblər.

Qeyd edək ki, Tahir Nəqəvi və Vədud Əsədi barələrində çıxarılan ədalətsiz hökmə, özlərinə qarşı edilən təzyiqlərə və tibbi xidmətdən məhrum edilmələrinə etiraz olaraq aclıq aksiyasına başlamışdlar.

Adı çəkilən fəallar 2024-cü ilin fevral ayının əvvəllərində bir neçə başqa fəalla eyni vaxtda həbs edilərək Tehranın Evin həbsxanasına köçürülüblər.

Onlar "milli təhlükəsizliyə qarşı əlbir olmaq", "hökumətə qarşı təbliğat". "rəhbəri təhqir etmək" və "casusluq"da günahlandırılaraq uzun müddətli həbs cəzasına məhkum ediliblər.

visiontv.az