Təqaüdçülər Azərbaycanın iki şəhərində etiraz aksiyası keçirdilər
17.12.2025

İran Telekommunikasiya Şirkətinin Təbriz və Urmu şəhərindəki təqaüdçüləri yenidən ənənəvi həftəlik etiraz aksiyası keçiriblər.

Bu barədə yerli mənbələr məlumat yayıb.

Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Qeyd edək ki, təqaüdçülərin etiraz aksiyası tələbləri təmin olunmadığına görə 3 ildən çoxdur hər həftə keçirilir.

visiontv.az