Xəzər dənizi üçün vahid ekoloji yanaşma vacibdir
16.12.2025

İran prezidenti Məsud Pezeşkian Qazaxıstanın “KazInform” telekanalına verdiyi müsahibədə Xəzər dənizinin ekoloji tarazlığının qorunmasının region ölkələrinin ortaq vizyon və yanaşma tələb etdiyini bildirib.

Pezeşkian qeyd edib ki, Avrasiyada fəaliyyət göstərən iqtisadi pakt İran və Qazaxıstanla yanaşı, bu quruma üzv digər ölkələr üçün də yeni əməkdaşlıq imkanları yaradır. Onun sözlərinə görə, nəqliyyat və ticarət marşrutlarının asanlaşdırılması elmi və tibbi sahələrdə ünsiyyət platformalarının genişlənməsinə də şərait yaradacaq.

İran prezidenti vurğulayıb ki, müasir dünyada əsas müzakirə mövzusu bütün insanlar üçün sülhün, ədalətin və təhlükəsizliyin təmin olunduğu sağlam bir dünya qurmaqdır.

visiontv.az