İdeoloji təxribata qarşı ən yaxşı antivirus savaddır
İdeoloji təxribata qarşı ən yaxşı antivirus savaddır
05.10.2026 Şöhrət El-Dəniz Tərəfindən

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında etdiyi çıxışda ən strateji cümlələrdən biri də bu idi: "İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir". Adətən biz təhlükəsizlk deyəndə dərhal yadımıza tank-tüfəng, dron, sərhəd və sair başa düşürük. Prezident isə açıq deyir ki, artıq müharibə sərhəddə başlamır, beyində başlayır.

Fiziki sərhədi müasir texnologiya ilə bağlamaq olur, amma ideoloji təbliğat sərhəd tanımır. İnternet, süni intellekt var, bir feyk video ilə milyonların beynini yumaq olur. Prezident bu istiqamətdə ilk olaraq təhsili ön plana çıxartdı. Çünki əvvəl deyirdik ki, güclü ordu lazımdır. İndi deyilir ki, güclü ordu qədər savadlı vətəndaş da lazımdır. Çünki savadsız vətəndaş bir şayiəyə, bir Tiktok videosuna inanır. Savadlı vətəndaş isə sual verir. Yəni ideoloji təxribata qarşı ən yaxşı antivirus savaddır. İkincisi ölkəmizdən kənardan yaradılan Azərbaycan dilli media resursalarının təhlükəli silaha çevrilməsi amili. Prezident deyir ki, sitat: “Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Yəni bizə kömək etmək üçün? Yox, bizə qarşı təxribat etmək üçün. Xalqımızı çaşdırmaq üçün. Gənclərin beyinlərini zəhərləmək üçün. Budur. Görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur. O faktları tapmaq üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır. Ya da ki, Qərb ölkələrində, orada da azərbaycandilli resurslar yaradılıb. Nə üçün? Yəni bax, bu birliyi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd”. Sitatın sonu. Bu fikirlərdə bizim böyrümüzdə olan təbii ki, İranın Sahar TV kanalı və digər azərbaycan dilli media resurslarısdır. Dgərləri isə Avropada, Amerikada dırnaqarası müstəqil media adı altında fəaliyyət göstərən, əslində isə qrantla işləyən azərbaycandilli resurslardır. Məntiq isə sadədir. Əgər sənə farsca, rusca, ingiliscə hücum etsələr, xalqın çoxu başa düşməyəcək. Amma sənə öz dilində, öz ləhcəndə, sizin dərdinizi deyirik adı altında ictimai mühitə girirlərsə, onda müdafiə olunmaq da çətinləşir. Bu, İranın və Qərbin informasiya müharibəsində ən çirkin üsuldur, içəridən guya sənə dəstək üçün, dinini qorumaq üçün görünüb, içərini dağıtmaq. Bunun üçün Prezident İlham Əliyev deyir ki, şablon yığıncaq, plakat asmaq, formal hesabat dövrü bitib. Əgər sən həqiqəti vaxtında öz vətəndaşına çatdırmasan, başqası yalanı çatdıracaq. Bu o deməkdir ki, Azərbaycanın bundan sonrakı doktrinasında ideoloji suverenlik, iqtisadi suverenliyi qədər vacib olacaq. Fiziki sərhədi ordumuz qoruyur, ideoloji sərhədi isə müəllim, jurnalist, partiya fəalı və hər bir savadlı vətəndaş qorumalıdır. Əgər 2020-ci ildə müharibə döyüş meydanında qazanıldısa, növbəti 10 ildəki müharibə beyinlərdə qazanılacaq. Prezidentin xəbərdarlığı da elə budur.

Şöhrət El-Dəniz

visiontv.az