"Xalqların həyatına müxtəlif amillər təsir göstərir: iqlim, relyef, (və bunlardan törəyən) din, qanunlar, hökumət qərarları, əxlaq və milli adət-ənənələr; millətlərin ümumi ruhunu təşkil edənlər bunlardır.
Hər bir ölkədə bu amillərdən hər hansı biri nə qədər güclü təsir göstərirsə, digərləri bir o qədər zəifləyir. Vəhşiləri yalnız təbiət və iqlim idarə edərkən, çinliləri adət-ənənələr idarə edir".
Bu sözləri Monteskyö "Qanunların ruhu" əsərində yazıb XVIII əsrdə.
Burada maraqlı olan bir cümlə var: Hər bir ölkədə hansı amil daha çox güclənirsə, o biriləri bir o qədər zəifləyir. Yəni cəmiyyət qanunlarla yaşamağa üstünlük verirsə, din, milli adət-ənənələr, hökumət qərarları və s. zəifləyir.
Yox, əgər din güclənirsə, bu dəfə qanunlar, qərarlar, milli adətlər əzilir. Hegemonluq hökumət qərarlarının əlinə keçirsə, yenə də yerdə qalan amillər təsirini itirir.
Məsələn, bizim ölkəmizdə hegemonluq uğrunda iki tərəf mübarizə aparır: din və hökumət qərarları. Ona görə də, qanunları, əxlaqı, milli adətləri və s. vecinə alan yoxdur.
Din, yoxsa hökumət qərarları? Məsələn, İran xalqı 1979-də dini seçdi. Siz belə bir seçim qarşısında qalsanız hansını seçərdiniz?
Aqşin Yenisey
visiontv.az