Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
27.07.2026

Portuqaliya sahillərində Atlantik okeanında keçirilən beynəlxalq əməliyyat zamanı 2,6 tondan çox kokain müsadirə olunub.

Bu barədə məlumat yayan “Reuters“ müsadirə edilən kokainin topdansatış dəyərinin təxminən 78 milyon avro (pərakəndə qiyməti 500 milyon avro) təşkil etdiyini qeyd edib.

Agentliyin İtaliya sərhəd və gömrük polisinin məlumatına istinadən yaydığı  xəbərə görə, kokain Cənubi  Amerikadan gələn iri gəmilərdən dənizə atılan qanunsuz yüklərin götürülməsi üçün istifadə olunan yüksək sürətli qayıqda aşkarlanıb.

Əməliyyat  zamanı qayıqda olan dörd nəfər – iki İspaniya vətəndaşı, Cəbəllütariq sakini və İtaliyada yaşayan bir  Albaniya vətəndaşı saxlanılıb.

visiontv.az