ABŞ ordusu hava hücumundan müdafiə sursatlarına qənaət etmək məqsədilə İranın raket və pilotsuz uçuş aparatlarının hamısını vurmaqdan imtina edir.
Bu barədə "NBC News" administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ hərbi rəhbərliyi müəyyən edir ki, əgər raket və ya PUA Amerika qüvvələrinə, mühüm hərbi obyektlərə və ya Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqlərinə təhlükə yaratmırsa, onların qarşısının alınmasına ehtiyac yoxdur. Bəzi hallarda ABŞ HHM sistemləri ehtimal olunan zərbə bölgəsində amerikalı hərbçilər olmadığı üçün ümumiyyətlə işə salınmayıb.
Mənbələr bildiriblər ki, bu taktikanın ABŞ hərbçiləri və ya mülki şəxslər arasında itkilərə səbəb olub-olmadığı dəqiq məlum deyil.
visiontv.az