13.08.2020
Axtar
Ölkə
alt

Zorakı ekstremizm ilə mübarizə mövzusunda beynəlxalq konfrans keçirir

Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi (BMqT) Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “Zorakı ekstremizm ilə mübarizə: Birgə tərəfdaşlıqla dayanıqlığın gücləndirilməsi” başlığı altında beynəlxalq konfrans keçirir.

Visiontv.az-ın Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyindən (BMqT) əldə etdiyi məlumata görə, BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaczainin giriş sözü ilə çıxış edəcəyi tədbirdə zorakı ekstremizm və radikalizmə qarşı mübarizənin hüquqi əsasları, BMqT-nin ölkədə həyata keçirdiyi zorakı ekstremizmin qarşısının alınması komponentli fəaliyyətinin icmalı, zorakı ekstremizmin qarşısının alınmasında icma əsaslı yanaşma, bu sahədə xarici təcrübə, əməkdaşlıq, zorakı ekstremizmlə mübarizədə din təhsilinin rolu, yerlərdə gənclərin dayanıqlığının gücləndirilməsi mövzusunda ekspertlərin çıxışları dinləniləcək.

Beynəlxalq konfrans BMqT-nin Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə icra edilən “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində  keçirilir.

Şərh