Zelenski: ABŞ Ukraynanı kəşfiyyat məlumatlarını dayandırmaqla hədələyib
14.10.2026

ABŞ Ukraynanı Rusiyanın neft emalı zavodlarına zərbələrə görə kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaq ehtimalı barədə xəbərdar edib, lakin hələlik bu baş verməyib.

Bunu Ukrayna Prezidenti  Volodimir Zelenski NPR-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ administrasiyası Ukraynanın Rusiyanın neft emalı zavodlarına uzaqmənzilli dron hücumlarını davam etdirməsi halında kəşfiyyat məlumatlarının paylaşılmasını dayandıra biləcəyi barədə xəbərdarlıq edib.

visiontv.az