İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərinin Minui bölgəsində silahlı oğrularla vətədaşlar arasında qarşıdurma olub.
Bu barədə yerli mənbələr məlumat yayıb.
Məlumata görə, iki avtomobildə olan silahlı oğrurlar onları tutmaq istəyən vətəndaşlara atəş açıb. Nəticədə 3 mülki şəxs həlak olub, bir nəfər isə ağır yaralanıb.
Kimliyi bəlli olmayan oğruların hadisə yerindən qaçdıqları bildirilib.
visiontv.az