İranda quraqlıq
29.05.2026

Hazırda ölkənin ən vacib beş bəndinin, o cümlədən Lar, Dosti, 15 Xordad, Bərzo və Save bəndlərinin doldurulma sürəti 10 faizdən azdır.

Bu barədə İran Su Ehtiyatlarının İdarə Edilməsi Şirkətinin statistikasında deyilir.

Qərb bəndlərinin su anbarlarında suyun artmasına baxmayaraq, Tehran, Mərkəzi, Xorasan Rəzəvi, Qum, İsfahan, Zəncan və Həmədan əyalətləri əlverişsiz vəziyyətdədir",- məlumatda bildirilib.

Qeyd olunub ki, uyğun olaraq, Tehran, Kərəc, Məşhəd, Ərak, Qum, İsfahan, Yəzd, Zəncan və Həmədan şəhərlərində içməli suyun təchizatı məhdudiyyətlərlə üzləşib.

Bir müddət əvvəl İran Su Sənayesi Federasiyasının baş katibi Əlirza Şəriət xəbərdarlıq etmişdi ki, istehlak azaldılmasa, İranın mərkəzi yaylasında 15 milyon insanın məcburi köç böhranı baş verəcək.

Qeyd edək ki, İranın mərkəzi yaylasına Kirman, Fars, İsfahan, Yəzd, Mərkəzi, Qum və Semnan kimi yeddi əyalət daxildir.

visiontv.az