Yarımçıq sülh mətni ABŞ administrasiyasının və Paşinyanın siyasi maraqlarına cavab verir
Yarımçıq sülh mətni ABŞ administrasiyasının və Paşinyanın siyasi maraqlarına cavab verir
10.10.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

ABŞ -nin Azərbaycanı sanksiyalarla təhdid etməsində əsas məqsədi rəsmi Bakını Yerevanla "Aralıq sülh" sazişinə məcbur etməkdir. ABŞ Dövlət Katibi E. Blinken Ermənistanla Azərbaycan arasında mövcud mətnin 13 bəndi üzrə müqavilə imzalanması üçün N. Paşinyana təlimat verib. C. Bayden administrasiyası Azərbaycanla Ermənistan arasında yarımçıq sülh müqaviləsinin bağlanmasına ona görə tələsik istəyir ki, daxildə seçki öncəsi reytinqini yüksəltsin.

Yarımçıq sülh mətni ABŞ administrasiyasınin və N. Paşinyanin siyasi maraqlarına cavab verir. Hər iki hökumət daxildə siyasi reytinqləri kifayət qədər yüksəltməyi planlayır. Prezident İlham Əliyev isə, hər iki hökumətin bu oyununu obyektiv olaraq pozur. Yarımçıq mətn imzalanarsa N. Paşinyanda göstərəcək ki, sülh əldə etdik. Təbii ki, bu, yekun sülh müqaviləsi olmadan, gələcək perspektivdə Yerevan yenidən manipulyasiyalara əl atmasina təminat yoxdur. Ona görə də Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın milli maraqlarını üstün tutaraq regionda dayanaqlı sülhün əldə edilməsi üçün Yekun sülh müqaviləsinin bağlanmasını şərt kimi irəli sürür.

ABŞ və Ermənistan rəhbərliyi isə, öz kooperativ siyasi maraqları üçün yarımçıq sülh müqaviləsini ortaya atıblar. Qeyd edim ki, prezident İlham Əliyev MDB sammiti çərçivəsində N. Paşinyandan fərqli olaraq Rusiya jurnalistinin "sülh müqaviləsi bu il bağlana bilər"-sualına bədən hərəkəti ilə" bilmirəm"-  dedi. Doğru olan budur! Azərbaycana "Yekun sülh müqaviləsi" lazımdır.

Məhəmməd Əsədullazadə, Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

visiontv.az