Putin yalan danışır - SEPAH
21.12.2024

Vladimir Putinin Suriyada olan 4 min İran hərbçisinin Rusiya tərəfindən təxliyə edilməsi barədəki çıxışı həqiqəti əks etdirmir.

Bu barədə iki SEPAH rəsmisi bəyanat verib.

“İran öz qüvvələrinin Rusiya tərəfindən köçürülməsinə imkan verməz, Rusiya Suriyada müşavir kimi işləyən Lübnan, Əfqanıstan və digər ölkələrin bir sıra vətəndaşlarını Tehrana köçürüb",- SEPAH komandiri və İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü İsmayıl Kosəri deyib.

Onunla eyni vaxtda SEPAH-ın "Xatəm əl-Ənbiya" qərargahının komandir müavini Məhəmməd Cəfər Əsədi də verdiyi açıqlamada Rusiyanın yalnız əfqanistanlıları Suriyadan İrana köçürdüyünü bildirib.

Qeyd edək ki, dekabrın 19-da Rusiya Prezidenti Vladimir Putin, Rusiyanın İranın 4 min döyüşçünün Suriyadan təxliyə etdiyini deyib.

"Bundan əvvəl iranlı dostlarımız öz bölmələrini Suriyaya köçürməyə kömək etməyimizi istəyirdilərsə, indi bizdən onları oradan çıxarmağı xahiş ediblər”,- o bildirib.

visiontv.az