QOÇU-lar haqqında hərə bir söz deyir. Qoçu sözü Səfəvi dövründə Şahı qorumaqla məsul olan QORÇU-sözündən əmələ gəlib. QORÇU-Qoruyucu, cangüdən.Hər kəs bu Qorçuluğa seçilə bilməzdi. Onlar Şahı və qızılbaşları qorumağa məsul idilər.
O dövrdə Tiflisdən Bakıya təkcə bir çox varlı ermənilər deyil, həm də Tiflis kintoları - xırda əşyaların küçə satıcıları - tez bir zamanda birləşərək unikal cinayətkar dəstə yaratmışdılar.
Kintolar Gürcüstanda, xüsusən də Tbilisidə adətən qapı-qapı meyvə və tərəvəz satan kiçik tacirlər idilər. Kintoların tipik davranışı şənlik, enerji, çeviklik, hiyləgərlik, müəyyən tanışlıq və xırda aldatma bacarığı idi.
Silahlı soyğunçuluqla yanaşı, o dövrün mütəşəkkil siyasi-cinayətkar qrupları tez-tez lombard sahiblərindən və kiçik müəssisələrdən hədə-qorxu ilə pul tələb edirdilər. Onlar Bakıdakı kiçik sahibkarlar arasında xüsusi bir petisiya yayaraq, həbsdə yatan şəxslərə ianə etmələrini tələb edirdilər - mahiyyət etibarilə, gizli reketçiliklə məşğul olurdular.
Qara şəhərdə mənzillərə girmək, sənaye müəssisələrində oğurluq, ticarət karvanlarına hücum və limanda yük oğurluğu kimi fəaliyyətlərlə məşğul olurdular.
Xırda şantaj, fırıldaqçılıq və müştəriləri aldatmaq - şəhər hökuməti bu cür hadisələrlə mübarizə apara bilmirdi və beləliklə, "xalq intiqamçıları" meydana çıxmağa başladı. Oğrular qoçuları “çirkli iş gördüyünə görə oğru ola bilməyən”, “icraçı zor dəstəsi” hesab edirdi. Qoçular isə oğruları “hiyləgər, gizli və xəyanətkar” adlandırırdı.
O dövrdə Bakıda bir and məhşur idi “Məhərrəmin canına and olsun”. Bu and içiləndən sonra istənilən şəxs dərhal ona inanırdı. Çünki adı çəkilən şəxs Azərbaycan daxil olmaqla Rusiya imperiyasına daxil olunan bütün ərazilərdə böyük hörmətə malik kriminal aləmin o dövrdə şəksiz lideri Rəşid oğlu Məhərrəm idi.
Rəşidoğlu Məhərrəmin fövqəladə ədalətli və qərəzsiz bir insan olduğunu hamı bildiyi üçün heç kim onun qərarlarından şübhə edə bilməz idi. Ona şikayətlə gələnlərin bütün problemlərini həll etdiyi üçün onun adına and içirdilər və heç kim də bu andı poza bilməzdi. Onun özündən çox ətrafda olanlar dərhal andını pozanı cəzalandırdılar.
Məhərrəm həmişə ciddiliyiylə, haqq ədalət tərəfdarı olmağıyla, düşməninə qarşı qəddar olmağıyla, yanına gələn köməyə ehtiyacı olanı əliboş qaytarmamağıyla hörmət qazanmışdır. O həddindən artıq ədalətli və qərəzsiz adam idi.
O zaman Bakının sayılan şəxslərindən biri Rəşid oğlu Məhərrəmlə gürcü Dato arasındakı qanlı toqquşmadan sonra Qoçular böyük güc əldə etdilər.
Tiflisli 40 yaşlı Dato Palaqaşvili Bakı bankiri Semyon Blum tərəfindən mühafizəçi kimi işə götürülmüşdü. Dato gürcü dostlarını bankın və yəhudi sədrinin mühafizəçilərini gücləndirməyə dəvət etdi. Bakıda “igid” yoxdur söhbəti Dato ilə Məhərrəm arasında toqquşmanı alovlandırdı.
25 oktyabr 1904-cü ildə bu qruplar arasında böyük bir toqquşma baş verdi. Bıçaqlanma və atışma baş verdi. Dava zamanı Məhərrəmin dostu Fərhad Coşqun Dato Palaqaşvilinin başını kəsib gürcülərin üzərinə atdı.
Rəşid oğlu Məhərrəm əlində silah meydanda önə çıxaraq gürcülərə müraciət edir:
"Buradan rədd olun, Gürcüstana qayıdın, yoxsa cəhənnəmə gedəcəksiniz! Bu sizin istəyinizdən asılıdır. Hamının başı beləcə qalacaq ya da götürüb salamat gedin"
Bunu görən gürcülər qorxu içində idilər. Bir gün sonra gürcülər Bakıdan yoxa çıxdılar.
XX əsrin əvvəlində sovetlərin bizə Qoçuları oğru, quldur, bandit kimi qələmə verdikləri şəxslər Bakı və Abşeron kəndlərinin fiziki cəhətdən güclü sakinləri, ya da tiyəli silahlardan istifadə etməkdə bacarıqlı olanlar idi. Onların bir çoxu müxtəlif yarışlarda qaliblər idilər. Onların özünə məxsus kodeksləri var idi və bu kodeksi daşısalar belə kriminal aləmdə nüfuz sahibi olsalar da vətənini, xalqını sevən və ən çətin məqamlarda ictimai maraqların ziyan görməsinə imkan verməyənlər idilər.
Qoçular daim güləş, nişan alma və tiyəli silahlardan istifadə üzrə məşq edirdilər. Qoçuların öz geyim tərzi, buxara papaq və xəncər var idi ki, bu da onları getdikcə avropalaşan şəhərin fonunda onları asanlıqla fərqləndirməyə imkan verirdi.
Bakılıların məhşur bir sözü var "Qədeş".. Bizim bir çox mənbələrdə Qədeş “qardaş” sözünün Bakı dialektində əvəzləmə forması kimi izah olunur. Əslində Qədeş sözün Bakıda Qoçulardan sonra mərd, vurub tutan, insanlara verilən addır.
1918-ci ilin mart hadisələrində və Bakının işğaldan azad olunmasında məhz kriminal qanadda olan qoçular ermənilərə qarşı birləşmiş və silaha sarılıb düşmənə qarşı savaşmışlar. Onlar bizim insanların düşmən tərəfindən qətl edilməsinin qarşısın almışlar və onların sayəsində Azərbaycan Cümhuriyyətinə gələn yol düşmənlərdən təmizlənmişdir.
Prof.Dr. Zaur Əliyev
visiontv.az