XİN sözçüsü: İran Hörmüz boğazında rüsum yığmır, “naviqasiya xidmətləri” üçün ödəniş toplayır
25.05.2026

Təhlükəsiz keçid üçün mexanizm hazırlamaq İran və Omanın vəzifəsidir.

Bu barədə İran  Xarici  İşlər  Nazirliyinin sözçüsü  İsmayıl Bəqai bugünkü brifinqdə bildirib.

Onun sözlərinə görə, İran və  Omanın gəmilərin təhlükəsiz keçidi üçün protokol hazırlaması məsuliyyətli addımdır.

XİN  sözçüsü deyib ki, Tehran hazırda məhz bu istiqamətdə çalışır və bu mexanizmin mümkün qədər tez tətbiq olunması üçün bütün tərəflərlə təmasdadır.

Bəqai qeyd edib ki, Tehran  Hörmüz boğazında rüsum almır və belə bir məqsəd güdmür.

O əlavə edib ki, Hörmüz boğazı, Fars körfəzi və Oman dənizinin ətraf mühitinin qorunması üçün zəruri tədbirlərlə yanaşı, naviqasiya xidmətləri də müəyyən ödənişlərin toplanmasını tələb edir.

visiontv.az