Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub
25.05.2026

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub.

 Bu barədə Qaçqınların və  Məcburi  Köçkünlərin İşləri üzrə Dövlət  Komitəsindən bildirilib.

Böyük Qaladərəsi kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Böyük Qaladərəsi kəndinə 14 ailə - 64 nəfər köçürülüb.

visiontv.az